24 avqust 2011 13:48
Qurban Qurbanov Borussiada
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov sentyabrın ilk günlərində Almaniyanın Dortmund şəhərinə yola düşəcək. Azerisport.az xəbər verir ki, səfərdə məqsəd “Borussia” klubunun düşərgəsinə qoşulmaq və orada təcrübə toplamaqdı.
Millinin oyunları ilə əlaqədar yaranacaq fasilədən maksimum yararlanmağa çalışan Qurbanovun səfər zamanı “Borussia”nın baş məşqçisi Yurgen Klopla görüşü də nəzərdə tutulub.
Qeyd edək ki, ötən il Avroliqada “Borussia” ilə “Qarabağ” üz-üzə gəlmişdi. İki klub arasındakı münasibətlər də o vaxtdan yaranıb.
