24 avqust 2011 01:52
Joze Mourinyo: Bu, mümkünsüzdü
İspaniyanın “Real” klubunun baş məşqçisi Joze Mourinyo Madrid təmsilçisindən istefa verəcəyi ilə bağlı xəbərlərə münasibət bildirib. Azerisport.az xəbər verir ki, klubun rəsmi saytına açıqlama verən portuqaliyalı mütəxəssis bunu mümkünsüz adlandırıb.
Mourinyo istefa verəcəyi ilə bağlı xəbərləri kimlərinsə beynində qurduğunu bildirib: "Məni tanımayanlar bu an "Real"dan ayrılacağımı düşünür. Bunu beyinlərində qura və inana bilərlər. Mənə elə gəlir ki, bir çox adam "Real"ın mövsümöncəsi hazırlığında ortaya qoyduğu səviyyəli oyundan təsirləndi və bu üzdən indi komandadan ayrılacağımla bağlı çaşdırıcı xəbərlər çıxdı. Bu, mümkünsüzdü".
Portuqaliyalı mütəxəssis komandada xoşbəxt olduğunu bildirib: "Gündə 24 saat çalışan rəhbərliyə sahibəm. Bu üzdən hər şey normaldı. Əhval-ruhiyyəm yüksək səviyyədədi. "Real"a sevgim bir çoxlarından daha çoxdu".
