24 avqust 2011 14:12
Aleksandr Səmədov: Gəlin tələsməyək
Moskva “Dinamo”sunun azərbaycanlı futbolçusu Aleksandr Səmədov AFFA-nın baş katibi Elxan Məmmədovla görüşü ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Bəli, mənim AFFA-nın baş katibi ilə görüşüm oldu. Amma indi çox şey danışa bilmərəm. Bakıdan zəng gəlmişdi ki, mənimlə görüşmək istəyirlər. Alxan Məmmədovla görüşümüz 1 saata yaxın davam etdi. Onunla maraqlı mövzularda müzakirələrimiz oldu. Yığma mövzusunda hələlik danışa bilmərəm. Gəlin tələsməyək və hadisələri qabaqlamayaq. Zaman hər şeyi göstərəcək”.