24 avqust 2011 14:20
Bulıkin: İnterə keçidlə bağlı xəbərlər tam uydurmadı
Rusiya millisinin və Belçikanın “Anderlecht” klubunun hücumçusu Dmitri Bulıkin haqqında gəzən transfer söz-söhbətlərinə aydınlıq gətirib. Azerisport.az xəbər verir ki, bir müddət öncə adı “İnter”lə hallanan təcrübəli futbolçu Azərbaycan klubuna keçidi ilə bağlı yayılan məlumatları təkzib edib. Bulıkin həmin məlumatları uydurma adlandırıb:
“Transfer məsələlərimlə menecerim Andrey Qolovaş məşğul olur. Ancaq onu deyə bilərəm ki, “İnter”ə keçəcəyimlə bağlı xəbərlər tamamilə uydurmadı. Bu klubdan nə mənə, nə də menecerimə hər hansı təklif gəlib”.
Qeyd edək ki, bir müddət öncə Bulıkinin “İnter”ə keçəcəyi ilə bağlı xəbərlər yayılmışdı.
