24 avqust 2011 15:04
Qarabağ üçün daha bir üzücü xəbər
“Qarabağ” bu gün tam heyətlə yığışıb. Azerisport.az xəbər verir ki, “Kəpəz”lə oyundan sonra 4 futbolçusunu milli komandaya göndərən Ağdam təmsilçisi 1 günlük fasilədən sonra məşqlərə başlayıb.
Bu gün isə komanda şənbə günü qarşılaşacağı “Qəbələ” ilə oyunun hazırlıqlarını tam heyətlə keçəcək. Səhər məşqindən sonradan millidən dönən futbolçular artıq komandanın düşərgəsinə qoşulub.
“Qarabağ”ın məşqi 17:30-da Suraxanı qəsəbə stadionunda baş tutacaq. Komanda sabah Bakıda sonuncu məşqini etdikdən sonra Quzanlıya yollanacaq. Daha bir məşq ertəsi gün Ağdamda baş tutacaq.
Bu arada “Qarabağ” daha bir üzücü xəbərlə qarşılaşıb. “Qəbələ” ilə oyunda daha bir futbolçumuzun oynamayacağı məlum olub. Amma bu dəfəki səbəb zədəylə bağlı deyil. Makedoniyalı futbolçu Nderim Nedzipinin övladı əməlliyat olunub. Bu səbəbdən 27 yaşlı yarımmüdafiəçi dərhal vətəninə yollanıb. Nedzipinin “Qəbələ”ylə oyuna yetişəcəyi gözlənilmir.
