24 avqust 2011 15:19
Aleksandr Səmədov: Mənə indi bu haqda danışmaq çətindi
Moskva “Dinamo”sunun azərbacanlı yarımmüdafiəçisi Aleksandr Səmədov azerisport.az saytına müsahibəsində AFFA-nın baş katibi Elxan Məmmədovla görüşündən, eləcə də Azərbaycan yığmasında çıxış etmək perspektivindən danışıb.
- Elxan Məmmədovla görüşünüz necə alındı?
- Adi bir görüş idi, AFFA-nın baş katibi ilə görüşüb, söhbət etdik. Bir saata yaxın söhbətimiz oldu. Ətraflı danışmaq istəməzdim. Çox suala cavab vermək istəmirəm.
- Adi bir görüş idi, AFFA-nın baş katibi ilə görüşüb, söhbət etdik. Bir saata yaxın söhbətimiz oldu. Ətraflı danışmaq istəməzdim. Çox suala cavab vermək istəmirəm.
- Hər halda Bakıda zəng gəlməsinə təəccüblənmədiniz?
- Niyə ki? Təəccüblənmədim. Zəng edib bildirdilər ki, görüşmək istəyirlər. Ümumiyyətlə, Azərbaycandan mənə tez-tez zəng edirlər. Bakıda mənim dostlarım var. Zaman-zaman əlaqə saxlayırıq.
- Bizə məlum olduğu qədərilə baş katiblə yığmamızdan danışmısız...
- İndi bu suala cavab vermək istəmirəm. Mən ki, tələsmirəm. Düşünmək üçün vaxtım olacaq. Odu ki, hələlik gəlin bu haqda danışmayaq.
- Siz həmçinin bu yaxınlarda Rusiyanın ikinci yığmasına çağırılmısız...
- Bəli, bu, düzdü. Amma mən o təklifdən imtina etmişəm.
- Sizin Rusiya yığmasına çağırılmağınız nə dərəcədə inandırıcıdı?
- Bilirsiz, bu suala cavab vermək mənim üçün çətindi. Bu suala daha yaxşı cavabı yığmanın baş məşqçisi verə bilərdi. Hər halda futbolçuların milliyə dəvət olunması işinə o baxır.
- Bilirsiz, bu suala cavab vermək mənim üçün çətindi. Bu suala daha yaxşı cavabı yığmanın baş məşqçisi verə bilərdi. Hər halda futbolçuların milliyə dəvət olunması işinə o baxır.
- Azərbaycan yığmasında çıxış etməkdə maraqlısız?
- Azərbaycan yığmasının Almaniyaya qarşı Bakıdakı oyununu izlədim. Azərbaycan millisi şəxsən mənə xoş təsir bağışladı. Xüsusilə də oyunun əvvəlində. Daha sonra isə səviyyə fərqi özünü göstərdi. İstənilən halda Almaniya Almaniyadı. Onlarla oynamaq hamıya çətindi.
- Siz yığmamızın hücumçusu Vaqif Cavadovun “Volqa”da çıxış etməsindən xəbərdarsız?
- Bəli, bilirəm ki, Vaqif Cavadov hazırda Rusiya Premyer Liqasında çıxış edir. Bilirəm ki, CSKA-nın yetirməsidi, Hollandiyada oynayıb. “Volqa”ya isə yenicə keçib.
- Sizi Azərbaycan yığmasında görmək şanslarımızı necə qiymətləndirərdiz?
- Siz tələsirsiz. Mənə indi bu haqda danışmaq çətindi.
- Siz tələsirsiz. Mənə indi bu haqda danışmaq çətindi.
