24 avqust 2011 16:33
Nikita Simonyan: Aleksandr Səmədov bizim məsləhətimizə qulaq asdı
Rusiya Futbol İttifaqının milliyyətcə erməni olan birinci vitse-prezidenti Nikita Simonyan Moskva “Spartak”ının yarımmüdafiəçisi Emin Mahmudovun Azərbaycan millisində çıxış etmək imkanlarını dəyərləndirib. Azerisport.az xəbər verir ki, o, Rusiya mətbuatına müsahibəsində bildirib ki, analoji hadisə bir neçə il əvvəl “Dinamo”da çıxış edən Aleksandr Səmədovla bağlı da olub:
“Səmədovun həm Rusiya, həm də Azərbaycan vətəndaşlığı var. O, bir neçə dəfə Azərbaycan millisinə dəvət alıb. Amma biz Səmədovu inandırdıq ki, bu təklifi qəbul etməsin və Rusiya millisinə düşməyə çalışsın. O, bizim məsləhətimizə qulaq asdı. Bundan sonra isə artıq Rusiya millisinə düşmək futbolçunun özünün ustalıq səviyyəsindən asılıdı. Rusiya millisinə düşmək üçün hamı çalışmalıdı” - deyə Simonyan bildirib.

Emin Mahmudova gəlincə, RFİ rəsmisi bəyan edib ki, futbolçu özü qəti qərara gəlməlidi: “Bu, çətin məsələdi. Azərbaycan vətəndaşlığını qəbul edib-etməməklə bağlı o, ailəsiylə məsləhətləşməlidi”.
Nikita Simonyan bəyan edib ki, futbolçu özü milli komandada oynamaq səviyyəsində olub-olmadığını müəyyənləşdirməlidi: “Bir daha deyirəm, bu, çətin məsələdi. Əgər o, öz gücünə və Rusiya millisində oynamaq səviyyəsinə çatdığına inanırsa, başqa məsələ. Bütün hallarda mən ona məsləhət görərdim ki, Azərbaycan millisində oynamaq təklifini qəbul etməsin” - deyə Simonyan bildirib.
RFİ-nin vitse-prezidenti onu da deyib ki, əgər futbolçunu oynadığı ölkənin millisinə çağırmırlarsa və o, Azərbaycandan təklif alıbsa, o zaman bu dəvəti qəbul etmək olar: “Hər bir futbolçu istəyər ki, millinin tərkibində dünya və Avropa çempionatında çıxış etsin. Bu mənada, hansı milli komandanı seçmək futbolçunun öz səlahiyyətindədi”. (infox)