24 avqust 2011 16:22
Estoniya - İsveçrə matçı Anar Salmanova tapşırıldı
FİFA referisi Anar Salmanov yeni təyinat alıb. Azerisport.az xəbər verir ki, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 1-də keçiriləcək Estoniya – İsveçrə oyununun baş hakimi Anar Salmanov olacaq.
Ona laynsmanlar Vaqif Musayev və Yaşar Abbasov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək.
