24 avqust 2011 17:18

Qalmaqallı derbidə 13 hakim səhvi aşkarlandı (VİDEO)

Qalmaqallı "İnter" - "Bakı" oyunu ilə bağlı müzakirələr davam edir. Azerisport.az xəbər verir ki, dünən AFFA İntizam Komitəsi başa çatmayan oyunla bağlı öz qərarını verdi. Qərara etiraz etməyən "İnter" hakimlərin oyundakı səhvləri ilə bağlı videorolik yayımlayıb.
 
Ramil Diniyevin idarə etdiyi oyunu analiz edən bank klubu hakimlərin 13 səhvini aşkarlayıb. "İnter"in yayımladığı videogörüntüləri və hakimlərin səhvləri ilə bağlı açıqlamaları təqdim edirik.
 
1. "Bakı" FK-nın cərimə meydançasında müdafiəçi Novruz Məmmədov Elnur Abdulovu saxlayır. Futbolçumuz yıxılır, penalti təyin etmək əvəzinə hakim E.Abdulova sarı vərəqə göstərir.
 
2. Denis İvanovs kobud hərəkətlə cərimə meydançasında Petar Zlatinovu yıxır, lakin hakim susur. Hakim oyunu topun "İnter"də olduğuna görə saxlamadığını deyə bilər. Ancaq bir neçə saniyədən sonra topu "Bakı"nın oyunçuları ələ keçirdilər, fit səsisə eşidilmir.
 
3. Uniston Parks açıq şəkildə simulyasiya edir və Şəhriyar Rəhimovla mübarizədə özünü yerə atır. Lakin hakim oyunçunun yalanına uyur və cərimə zərbəsi təyin edir.
 
4. U.Parksın növbəti simulyasisı. Xəyal Mustafayev onunla mübarizədə qaydalara uyğun olaraq topu ondan alır, ancaq hakim yenə də cərimə zərbəsi təyin edir ki, bu da “İnter”in qapısına birinci penaltinin təyin edilməsinə gətirib çıxarır.
 
5. Məhz cərimə zərbəsinni yerinə yetirilməsindən sonra top Enio Krastovçevin qoluna dəyir. Xatırladaq ki, ötən mövsüm matçların birində Aleksandr Çertoqanov əl ilə analoji hərəkti etmişdi. Lakin o zaman hakim penalti təyin etməmişdi və bu qərar doğru olmuşdu. Amma indisə "İnter"in qapısına olduqca şübhəli penalti təyin edildi. Bundan başqa, hakim E.Krastovçevə qəsdən əllə oyuna görə sarı kart göstərdi, lakin futbola heç baxmamış şəxs də o dəqiqə anlaya bilər ki, heç bir qəsdən tərəldilmiş oyun olmamışdı.
 
6. "İnter"in hücumu "Bakı" oyunçusu tərəfindən topun meydançadan çıxarılmasıyla nəticələnir, hakim doğru olaraq künc zərbəsini göstərir, lakin yan xətt hakimilə məsləhətləşəndən sonra qərarını dəyişir və Baçana Tsxadadzenin əl ilə oynadığını səbəb göstərir. Təkrar baxış zamanı görünür ki, yan xətt hakimi baş hakimdən daha uzaqdaydı və baş verənləri ondan daha yaxşı görə bilməzdi.
 
7. Valeri Abramidze uzun ötürmə etmək istəyir, bu zaman açıq şəkildə Maris Verpakovksis qaydanı pozur, ancaq hakim heç bir reaksiya vermir.
 
8. Uinston Parks əlilə Peter Xrappanı vurur, müdafiəçimiz yerə yıxılır, lakin mübarizəni davam etdirir. "İnter"in xeyrinə cərimə zərbəsi təyin etmək əvəzinə baş hakim rəqib komandanın xeyrinə qərar qəbul edir. Bütün bunlar yan xətt hakiminin qarşısında baş verir, lakin o, bayrağını yenidən "Bakı"nın xeyrinə qaldırır.
 
9. Nurlan Novruzov meydançanın mərkəzində açıq şəkildə simulyasiya edir. Ona heç kim toxunmur, lakin o, nədənsə yıxılır. Hakim yenidən aldanır və "Bakı"nın xeyrinə cərimə zərbəsi təyin edir.
 
10. Göstərici epizod. Giorgi Lomaya ikinci penalti də olduğu kimi, çıxışa oynayır. Lakin Maris Verpakovski vəziyyəti düzgün qiymətləndirdi və qapıçıya hücuma keçmədi. Hakim lap yaxınlıqdaydı və heç bir reaksiya göstərilmədi. Belə çıxır ki, eyni epizod hakim tərəfindən müxtəlif şəkildə təfsir olunur. Əks təqdiqdə, nəyə görə o, qapıçını açıq ayaqla və düzgün olmayan çıxışla bağlı xəbərdarlıq etmədi?
 
11. Açıq şəkildə Nizami Hacıyevin köynəyindən tuturlar, lakin hakim yenə susur. Məhz bu səhv qərardan sonra ikinci penaltiyə gətirib çıxaran aut təyin edilir.
 
12. "Bakı"nın oyunçusu Juninyonun autdan topu ncə atmasına diqqət yetirin. O, bunu qaydalara uyğun yerinə yetirmir, bundan başqa, onun sağ ayağı artıq meydançadaydı.
 
13. Hakim səhvlərinin kulminasiyası - "İnter"in qapısına ikinci onbirmertlik cərimə zərbəsi təyin edilir. Bu epizodun araşdırılmasına baş hakimin qeyri-peşəkar davranışlarıyla bağlayaq. Novruzovla Lomayanın toqquşmasından sonra hakim əlilə göstərir ki, oyunu davam etdirmək lazımdı. Hakimin bu jesti "ayağa qalx və oyuna davam et" mənasını verir, bu vəziyyət bunu təsdiqləyir ki, hakim baş verənləri görmüşdü. Lakin sonrakı saniyələrdə "köməyə" mikrafon gəlir və onun yan xətt köməkçisi penalti təyin edilməsini tələb edir. Hakim qərarını dəyişir və penalti nöqtəsini göstərir. Bundna başqa, Lomaya çoxdan topu tutmuşdu və qonaqların təcrübəsiz hücumçusu qəsdən özünü zərbə altına atır. Bütün bunlar qapıçının hakim olduğu və ona toxunmağın qadağan olduğu sahədə baş verir. Maraqlıdı, qonaqların gənc hücumçusu həmin epizodda nəyə nail olmaq istəyirdi? Topa çatmırdı və güclə ayaq üstündə dururdu. Çox güman ki, onun məqsədi vəziyyəti gərginləşdirməkdən və penalti təyin edilməsinə nail olmaqdan ibarət idi.
 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.