24 avqust 2011 17:40
Sabah Superliqanın püşkü atılacaq
Türkiyə Superliqasında yeni mövsümün püşkatmasının vaxtı nəhayət ki, dəqiqləşib. Azerisport.az xəbər verir ki, qardaş ölkədə futbol çempionatının 2011-12 mövsümünün püşkatması sabah keçiriləcək.
Qeyd edək ki, əslində Türkiyə Superliqası bu ay başlamalı olsa da, danışılmış oyunlarla əlaqədar müxtəlif problemlər yaratdı. Bu üzdən də Türkiyə Futbol Federasiyası çempionatın bir ay gec başlamasına qərar verdi.
Sentyabrda start götürəcək çempionatın püşkü isə məhz sabah atılacaq. Tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.
