24 avqust 2011 18:14
Millimizin Gürcüstan məğlubiyyətində erməni barmağı
Palanqa şəhərində təşkil olunmuş turnirdə bu gün Azərbaycan və Gürcüstanın U-17 yığmaları arasında keçirilən oyundan sonra yığmamızın baş məşqçisi Təbriz Həsənov matçla bağlı fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, o, komandamızın 1:2 hesablı yenilgisini belə şərh edib:
“Oyun yüksək səviyyədə keçdi. Qələbə qazanmaq şansımız çox idi. Amma milliyyətcə erməni olan laynsmanın bizə qarşı yanlış qərarlar verməsi məğlub olmağımızda xüsusi rol oynadı. Futbolçumuzun qırmızı vərəqə alması da hakim səhvinin nəticəsində oldu”.
