24 avqust 2011 18:08
Yığmamızın müdafiəçisi İnterlə problemini yoluna qoydu
“İnter” əsas kapitanı Vladimir Levinlə problemini nəhayət ki, yoluna qoya bilib. Azerisport.az xəbər verir ki, sözügedən müdafiəçini yeni mövsüm üçün iştirak ərizəsinə sala bilməyən paytaxt klubu artıq bu boşluğu aradan qaldıra bilib.
Qeyd edək ki, ötən mövsüm başa çatdıqdan sonra Levinin “İnter”lə müqaviləsinin müddəti başa çatmışdı. Yeni müqavilənin bağlanması isə gecikirdi. Buna daha çox futbolçunun aldığı zədənin müalicəsi ilə məşğul olması maneə yaradırdı. Hansı ki, bu zədə məhz “bankirlər”in yeni mövsümə hazırlığı vaxtı baş vermişdi.
Lakin artıq “İnter” 27 yaşlı futbolçusu ilə problemini yoluna qoyub. Onunla müqavilə bağlayıb, adını sifariş ərizəsinə daxil edən “bankirlər” “Simurq”la oyuna məhz kapitanını rəhbərliyi altında çıxacaqlar.
