24 avqust 2011 19:20
Amit Quluzadə yeni mövsümü Bucasporla açacaq
Türkiyənin futbol üzrə Bank Asya birinci liqasında yeni mövsümün püşkü atılıb. Azerisport.az xəbər verir ki, artıq 2011-2012 mövsümünün ilk iki turunun təqvimi məlumdu.
Bu mənada sözügedən çempionatda top qovan yeganə azərbaycanlı futbolçu – Amit Quluzadənin komandası “Erciyesspor”un qarşılaşacağı komandalar maraq doğurur. Kayseri təmsilçisi yeni mövsümü səfərdə açacaq. Belə ki, həmyerlimizin komandası mövsümün açılış turunda “Bucaspor”la qarşılaşacaq.
İkinci turda isə bu komanda doğma meydanda “Konyaspor”u qəbul edəcək.
Bütövlükdə, 1-ci və 2-ci turun təqvimi ilə aşağıdakı şəkillərdə tanış ola bilərsiz:
