24 avqust 2011 19:12
“Çempionluq uğrunda mübarizə aparırıq”
"Neftçi"nin müdafiəçisi Tərlan Quliyev klubun rəsmi saytına açıqlama verib. Azerisport.az xəbər verir ki, gənc futbolçu əsas heyətə düşmək üçün məşqlərdə səylə çalışdığını deyib.
"Son oyunda "Sumqayıt Şəhər" üzərində 4:0 hesablı qələbə qazandıq. Bu, çox lazımlı qələbə idi. Bunun nəticəsində 2 oyundan sonra maksimum xal toplamışıq. Komandada əhval-ruhiyyə çox yaxşıdı. AZAL-la oyuna da istəkli hazırlaşırıq. Təbii ki, bu il də çempionluq uğrunda mübarizə aparırıq. Var gücümüzlə çalışırıq ki, çempionluq titulunu qoruyaq. Baş məşqçi Böyükağa Hacıyevin rəhbərliyi altında keçirilən məşqlərimiz də buna köklənib. Özümə gəlincə, əsas heyətdə yer almaq üçün məşqlərdə səylə çalışıram" - deyə Quliyev bildirib.
