24 avqust 2011 20:02
Aleksandr Starkov iki “azərbaycanlı” futbolçunu milliyə çağırdı
Latviya yığmasının baş məşqçisi Aleksandr Starkov AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək Gürcüstan və Yunanıstanla oyunlarda xidmətindən yararlanmaq istədiyi futbolçuların siyahısını müəyyənləşdirib. Azerisport.az xəbər verir ki, onun dəvət göndərdiyi 19 futbolçu arasında 2 “azərbaycanlı” da var.
Bunlar Premyer Liqamızda top qovan Denis İvanovla Maris Verpakovskidi. Qeyd edək ki, hər iki futbolçu “Bakı”nın şərəfini qoruyur və eyni zamanda Starkov da “Bakı”nın baş məşqçi postunda çalışır.
Lakin Starkov ölkəmizdə çıxış edən daha iki yetirməsinə dəvət göndərməyib. Bunlar yenicə “Simurq”a keçən Andrey Rubinlə “İnter”in hücumçusu Girt Karlsondu.
