24 avqust 2011 21:28
ŞOK: Fenerbahçe ÇL-ə buraxılmadı
Türkiyə futbolundakı danışılmış oyunlarla əlaqədar onsuz da çətin günlərini yaşayan “Fenerbahçe” daha ağır bir zərbə ilə sarsılıb. Azerisport.az xəbər verir ki, İstanbul klubu UEFA Çempionlar Liqasının yeni mövsümündə oynamaqdan məhrum edilib.
Bu haqda qərarı Türkiyə Futbol Federasiyası açıqlayıb. Futbol qurumu sözügedən klubun 2011-2012 mövsümündə Çempionlar Liqasına qatılamayacağını rəsmən bəyan edib.
Bəyanatda bildirilir ki, UEFA bu barədə tələbini dünən TFF-yə göndərib.
Maraq üçün onu da bildirək ki, UEFA özü hələlik bu barədə rəsmi açıqla yaymayıb və ÇL-də "Fenerbahçe"ni hansı klubun əvəzləcəyi də güman ki, sabah bilinəcək.
