24 avqust 2011 11:02
Millimiz qələbə qazandı, baş məşçqi narazı qaldı
Palanqa şəhərində təşkil olunmuş turnirdə Azərbaycan və Belarusun U-17 yığmaları arasında keçirilən oyundan sonra yığmamızın baş məşqçisi Təbriz Həsənov oyunla bağlı fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, o, 3:1 hesablı qələbə qazandığımız görüşü belə şərh edib:
“Qarşılaşmada qalib gəlməyimizə baxmayaraq, komandanın oyunundan tam razı qalmadım. Rəqibdən çox üstün oynadıq. Daha fərqli hesabla qələbə qazana bilərdik”. (AFFA)
