24 avqust 2011 11:13

XL tarixinə 6-cı və 133-cü düşən futbolçu

Premyer Liqanın 3-cü turu daha bir futbolçunun “Xəzər Lənkəran”da debüt etməsi ilə əlamətdar oldu. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının milliləşən serbiyalı futbolçusu Branimir Subaşiç karyerasında ilk dəfə bu komandanın formasında meydana çıxdı.
 
“Turan”la matçın ilk dəqiqələrindən meydanda olan Branimirə qədər 132 oyunçu “Xəzər Lənkəran”da çıxış etmişdi. Bununla da serb hücumçu yeni komandasının tarixinə 133-cü futbolçu kimi düşdü.
 
Branimir cari mövsüm komandada debüt edən 7-ci futbolçu oldu. Belə ki, Avroliqa oyunlarında Eder Bonfim, Rikardo Qomeş, Joao Paulo, Çaba Borbeli və Marius Onofraşa, ötən turda isə Dejan Rusiç buna nail olmuşdu.
 
Bütövlükdə isə, “Xəzər Lənkəran”ın şərəfini qorumuş 133 oyunçudan 52-si yerli, 81-i əcnəbidi ki, Branimir ölkəsinin bu klubda 6-cı təmsilçisi oldu. Ona qədər serbiyalılar Marinko Petroviç, Milorad Koraç, Miroslav Saviç, Slaven Stankoviç, Uroş Prediç “Xəzər Lənkəran”da oynamışdı.
 
“Xəzər Lənkəran” forması geyinən legionerlər 29 ölkəni təmsil edir: Rumıniya – 18, Braziliya – 10, Türkiyə - 9, Serbiya – 6, Belarus - 5, Bolqarıstan - 4, Portuqaliya - 3, Albaniya, Gürcüstan, Kolumbiya, Litva – hərəsi 2, Çexiya, Estoniya, Fransa, Honduras, İsveç, Kot d’ivuar, Moldova, Nigeriya, Qana, Rusiya, Slovakiya, Argentina, Kosta-Rika, Latviya, Syerra-Leone, Qvineya, Ukrayna, Sloveniya – hərəsi 1.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.