24 avqust 2011 11:32
Latviyalılar yığmamızdan qisaslarını aldılar
Latviyanın paytaxtı Riqada təlim-məşq toplanışında olan futzal üzrə Azərbaycan milli komandası yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, bu dəfəki rəqib Latviyanın futzal klublarının yığma komandası olub.
Millimiz bu görüşdə 2:3 hesabı ilə məğlub olub. Xatırladaq ki, bu toplanış çərçivəsində millimiz avqustun 21-də «Nikars» klubu ilə keçirdiyi yoldaşlıq oyununda 6:2 hesabı ilə qalib gəlmişdi.
