24 avqust 2011 11:28
Rəşad Sadıqov: Bizi çempionluq maraqlandırır
“Qarabağ”ın müdafiəçisi Rəşad Sadıqov azerisport.az saytına müsahibəsində Premyer Liqadakı çıxışlarından, eləcə də Belçika və Qazaxıstana qarşı oyunlardan danışıb.
- Çətin qrafikə rəğmən, “Qarabağ” hələ ki, möhkəm dayanıb. Startdan razısız?
- Belə başlanğıc hamını razı sala bilər. Biz 100 faizlik nəticə göstərmişik. Özü də “İnter” və “Kəpəz”ə qarşı çətin oyunlar keçirmişik. Həm də itkilərlə oynamışıq. Qızıla bərabər qələbələrdi. Amma bizi qarşıda “Qəbələ” ilə çətin oyun gözləyir. Ciddi hazırlaşmaq lazımdı.

- Zədələr ümumi yorğunluğa da səbəb olmur ki?
- Elədi ki, var. Təbii ki, komandada yorğunluq var. Bəzi futbolçuların zədəli olması yüklənməni daha da artırır. Hamı istirahət istəyir. Amma hələ belə bir imkan yoxdu. Hələ ən azı dörd ay dözməliyik. Qışda bizə 1 aylıq istirahət söz veriblər.

- “Kəpəz”lə oyunda vurulan 2 erkən qol öncədən hazırlanmış strategiya idi, yoxsa təsadüf?
- Bizim belə bir planımız yox idi. Sadəcə, hər şey bizim üçün uğurlu alındı. Nəzərə alsaq ki, bu qələbəni səfərdə qazandıq, sevindirməyə bilməz. Hesabda üstün olsaq da, ikinci hissədə işimiz heç də asan olmadı. Çünki fasilədən dərhal sonra qol buraxdıq. İkinci hissəni demək olar ki, müdafiədə keçirdik.
- “Qəbələ” ilə oyun haqda nə düşünürsən? 4 oyunluq cəzalanan Mahir Şükürovun yoxluğu işinizə yaraya bilər?
- Hələ ilk turdan sonra mən demişəm ki, bu komanda çempionluq yarışının əsas favoritlərindən biri olacaq. Heyətlərinə, sərgilədikləri oyuna görə çox şeyə iddia edə bilərlər. Mahirə gəlincə, o, yaxşı futbolçudu. İlk turlar göstərdi ki, o, komandanın lideridi və hücumların təşkilində də vacib rol oynayır. Belə futbolçunun yoxluğu istənilən komanda üçün üstünlükdü.

- Son iki mövsümdə çempionluğa elə də həvəsli görünmürdüz. Amma bu mövsüm az qala hər kəs bundan danışır...
- Çempionluq bizi maraqlandırır. Artıq neçə ildi “Qarabağ” qızıl medal qazanmır. Mən özüm də çoxdandı Premyer Liqanın qalibi ola bilmirəm. Bu mövsüm buna nail olmaq çox çətin olacaq. Hətta ilk altılığa düşməyin özü də asan olmayacaq. Elə olsa, hətta avrokuboklarsız da qala bilərik. Odu ki, biz minimum vəzifə olaraq Avropa Liqasına düşməyi qarşımıza qoymuşuq.
- İlk turlara əsasən belə demək olar ki, çempionluq mübarizəsi məhz “Neftçi”, “Xəzər Lənkəran” və “Qarabağ” arasında gedəcək?
- Xeyr. Hələ heç nə aydın deyil. “Qəbələ” artıq iki çətin oyun keçirib. Elə klublar da var ki, hələ ciddi oyunlar keçirməyib.
- Xeyr. Hələ heç nə aydın deyil. “Qəbələ” artıq iki çətin oyun keçirib. Elə klublar da var ki, hələ ciddi oyunlar keçirməyib.