24 avqust 2011 11:44
Azərbaycan Macarıstana məğlub oldu
Macarıstanda təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində 17 yaşadək qızlardan ibarət Azərbaycan yığması növbəti yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, Macarıstanın U-17 yığması ilə qarşılaşan komandamız 1:2 hesabı ilə məğlub olub.
Yığmamızın qolunu Sevinc Qurbanova vurub. Xatırladaq ki, bu hazırlıq prosesi çərçivəsində keçirdiyi yoldaşlıq oyunlarında qızlardan ibarət yığmamız MTK (Budapeşt) klubunu 7:3, Slovakiyanın U-17 komandasını isə 1:0 hesabı ilə məğlub etmişdi.
