24 avqust 2011 15:34
Millimiz Gürcüstanla bacarmadı (YENİLƏNİB)
Litvanın Palanqa şəhərində təşkil olunmuş futbol üzrə ənənəvi beynəlxalq turnir davam edir. Azerisport.az xəbər verir ki, turnirdə çıxış edən 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün ikinci oyununu keçirib.
Təbriz Həsənovun yetirmələri bu dəfə Gürcüstanla üz-üzə gəliblər. Gürcüstan yığması ilk turda Latviya üzərində 3:2 hesablı qələbəyə sevindiyindən, bu görüşün maraqlı keçəcəyi şübhə doğurmurdu. Təəssüf ki, azlıqda mübarizə aparan futbolçularımız bu görüşü məğlub başa vurublar.
Qeyd edək ki, dünən yığmamız qrupundakı ilk oyununda Belarusun U-17 komandası ilə qarşılaşıb. Həmin oyunda futbolçularımız 3:1 hesabıyla qələbə qazanıblar.
Millimizin qrupunda yer alan digər komandaların - Latviya və Belarusun qarşıdurması isə latviyalıların 2:0 hesablı qələbəsiylə bitib.
Azərbaycan – Gürcüstan - 1:2 (1:2)
Millimiz matçın 34-cü dəqiqəsində yenik duruma düşür - 0:1
36-cı dəqiqədə millimizin oyunçularından Şirməhəmməd Məmmədov qırmızı vərəqə alaraq komandamızı çətin vəziyyətdə qoyur
38-ci dəqiqədə gürcülər ikinci qolu vururlar - 0:2
40-cı dəqiqədə futbolçularımız fərqi azaldırlar - 1:2
