24 avqust 2011 00:28

Elxan Məmmədov Mahmudov və Səmədovla görüşünün detallarını açıqladı

AFFA-nın baş katibi Elxan Məmmədov azerisport.az saytına müsahibəsində Rusiyanın Moskva şəhərini təmsil edən “Spartak” və “Dinamo” klublarında forma geyən həmyerlilərimizin – Emin Mahmudovla Aleksandr Səmədovun Azərbaycan yığmasına gətirilməsi perspektivindən danışıb.
 
- Emin Mahmudovla görüşmək üçün getdiyiniz Moskva səfəriniz haqda daha ətraflı məlumat almaq istərdik...
- Mən onunla görüşmək üçün qısamüddətli səfərə getməli oldum və bu reallaşdı. Görüş zamanı onun özünü aparması mənim xoşuma gəldi. Çox yaxşı oğlandı, əsl patriotdu. Bunu mən söhbətimizin gedişindən də başa düşdüm. Sonuncu dəfə o, Bakıda 5-6 il öncə olub. Mən onu paytaxtımıza dəvət etdim ki, gəlib Azərbaycanın necə dəyişdiyini yaxından görsün. Mahmudov fəxr edir ki, azərbaycanlıdı və gələcəyi də Azərbaycanla bağlıdı.

- Siz onun idman planındakı gələcəyini nəzərdə tutursuz?
- Bizim görüşümüzün əsas məqsədi tanışlıq idi. Mən bu gənc futbolçunu daha yaxından tanımaq istədim. O, hazırda Moskva “Spartak”ında çıxış edir və perspektivli futbolçu hesab olunur. Sevindirici haldı ki, azərbaycanlı futbolçu belə bir klubun aparıcı üzvlərindəndi. Son oyunları buraxmaq məcburiyyətində qalsa da, əsas heyət oyunçularından sayılır. Söhbət əsnasında ona Azərbaycan yığmasında çıxış etmək təklifi etmədik. Sadəcə söhbət etdik, bizim futbolu müzakirə etdik. Heç bir təzyiq, məcburiyyətdən söhbət gedə bilməz.
 
- Azərbaycan futbolu ilə bağlı konkret nələri müzakirə etdiniz?
- Ona yeni federasiyadan, AFFA-nın layihələrindən, ölkəmizdə futbolun inkişafı yönündə aparılan işlərdən danışdım. Uşaq futboluna möhtəşəm qayğı göstərilməkdədi. Xalqın futbola marağı böyükdü. Azərbaycan yığmasında çoxlu gənc futbolçunun çıxış etdiyini də bildirdim.
 
- Yığmanın baş məşqçisi Berti Foqts Emin Mahmudov barədə aparılan işdən xəbərdardı?
- Əlbəttə, o, Emini tanıyır. Sadəcə, indiyə kimi heç vaxt onu yığma komandamıza dəvət etməyib. Ətraflı müzakirə də aparmamışıq. Yadınızdadırsa, Emin ötən mövsüm Rusiya U-19-da çıxış edirdi. Amma bu, heç də o demək deyil ki, Mahmudovun Azərbaycan millisində çıxış etməsi mümkünsüzdü. Vaxtilə AFFA da onu U-15-ə dəvət edib. Hansı ki, o vaxtlar Bakıda olurdu. Sadəcə bilmirəm o vaxt nə baş verib və Emin niyə Bakıya gəlmək istəməyib.
 
- Siz Aleksandr Səmədovla da görüşdünüz?
- Səmədovun əsli Gəncədəndi. Səfər çərçivəsində onunla da görüşdüm. Müxtəlif məsələləri müzakirə etdik. Səmədova da Azərbaycan yığmasında çıxış etməyi təklif etmədik. Bu, sadəcə tanışlıq xarakteri daşıyan görüş idi. O, artıq sözünü demiş futbolçudu. Səmədov birinci il deyil ki, Rusiya Premyer Liqasında çıxış edir. Keçmişdə Azərbaycan yığmasına çağırılsa da, imtina edib. Söhbət əsnasında ona bildirdim ki, Azərbaycan yığmasında ona inam hələ də açıqdı. Biz vaxtilə təklifimizi bildirmişik, o, imtina edibsə, bunu yenidən təkrarlamağa nə ehtiyac var? O, bilir ki, əgər Azərbaycan yığmasında çıxış etməyə razılıq versə, biz imtina etməyəcəyik. Bunu Mahmudova da bildirdim.

- Bu futbolçular hansı meyarlara əsasən Azərbaycan yığmasını seçə bilərlər?
- Bilirsiz, yığmada oynamaqdan hələlik söhbət gedə bilməz. Sadəcə, hamı bilməlidi ki, Azərbaycan yığmasında böyük perspektiv var. Biz hələ dünya futbolunda ilk addımlarımızı atırıq. Bizim siyasətimiz gələcəyə hesablanıb. Əminəm ki, gələcəkdə Azərbaycan yığmasında hər şey daha yaxşı olacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.