24 avqust 2011 13:04
Bakının sabiq oyunçusu özünə yeni klub tapdı
“Bakı” klubun keçmiş futbolçusu Kürşad Duymuş özünə yeni klub tapıb. Azerisport.az xəbər verir ki, 32 yaşlı futbolçu Bank Asya birinci liqasında yarışan “Akhisar Bələdiyyəspor” klubuyla iki illik müqavilə imzalayıb.
Qeyd edək ki, Kürşad Duymuş vaxtilə “Bakı”nın şərəfini qoruyub. Lakin 2010-cu ildə o, paytaxt klubuyla yollarını ayıraraq yenidən Türkiyəyə qayıdıb. Onun son klubu “Ordusspor” olmuşdu.
