24 avqust 2011 12:51
Qazaxıstan müdafiə naziri millimizin oyununu izləməyə gəlir
Qazaxıstanın müdafiə naziri Adilbek Caksıbekov sentyabrın 5-6-da Azərbaycana səfər edəcək. Azerisport.az xəbər verir ki, bu barədə "Trend"ə Azərbaycanın Qazaxıstandakı səfirliyindən məlumat verilib.
Həm də Qazaxıstan Futbol Federasiyasının prezidenti olan Caksıbekovun ölkəmizə səfərinin başlıca məqsədi AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan - Qazaxstan matçını izləməkdi. Səfər çərçivəsində Caksıbekovun Azərbaycanın müdafiə naziri Səfər Əbiyevlə görüşü də planlaşdırılır.
Qeyd edək ki, Azərbaycan - Qazaxıstan qarşılaşması sentyabrın 6-da Tofiq Bəhrəmov adına Respublika stadionda keçiriləcək.
