24 avqust 2011 00:48
“Emin Mahmudov ancaq öz karyerası haqda düşünür”
Futbol üzrə Azərbaycan yığmasının sabiq baş məşqçisi Şahin Diniyev Rusiyanın “Spartak” klubunun (Moskva) yarımmüdafiəçisi Emin Mahmudovun millimizdə çıxış etmək perspektivi ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Hazırda Mahmudovu çətin ki, Rusiyanın əsas yığmasına dəvət etsinlər. Amma o, gənclərdən ibarət yığmada çıxış etməyə hazırdı. Gələcəkdə, mümkündü ki, o, əsas yığmada da forma geymək istəyəcək. Hesab edirəm ki, belə futbolçu çox işə yarayar. O, “Saturn”un əvəzedici heyətindən əsas komandaya keçdi, daha sonra “Spartak”a transfer olundu. Bütün bunlar onun inkişafının göstəricisidi. Gizlətmirəm ki, Emini Azərbaycan yığmasında görməyi çox istərdim. O, komandamızı xeyli gücləndirə bilər. Amma son qərar futbolçunun özünündü. Mən Emini tanıyıram və bilirəm ki, onu pulla və ya hansısa hədiyyə ilə həvəsləndirmək mənasızdı. O, sadə oğlandı. Futbolu çox sevir və ancaq öz karyerası haqda düşünür”.