25 avqust 2011 13:16
Rəvan daha 3 futbolçu ilə gücləndi
Bakının "Rəvan" klubu daha 3 futbolçunu heyətində cəlb edib. Azerisport.az xəbər verir ki, paytaxt təmsilçisi 1 əcnəbi, 2 yerli futbolçuyla güclənib.
Premyer Liqanın debütantı yarımmüdafiəçilər Anar Qasımov və Şarapudin Şalbuzovun, həmçinin hücumçu Ceyhun Abdullayevin adını Peşəkar Futbol Liqasına təqdim etdiyi iştirak ərizəsinə əlavə edib.
