25 avqust 2011 13:48

“Azərbaycan futbolu ancaq cərimə zərbələrindən və autdan ibarətdi”

Azərbaycan Regional Futbol Federasiyalarının prezidenti İsgəndər Cavadov azerisport.az saytına müsahibəsində Premyer Liqanın yeni mövsümündən, qalmaqallı “İnter” – “Bakı” matçından, futbolumuzdakı problemlərdən, eləcə də Aleksandr Səmədovla Emin Mahmudovun millimizə dəvət olunmasından danışıb.
 
- Azərbaycan Premyer Liqasının yeni mövsümünün startını necə dəyərləndirərdiniz?
- Şəxsən mən razı deyiləm. Klublar çox zəif oyun sərgiləyirlər. Bu oyunla xoş gələcək haqda düşünmək belə istəmirsən. Onlar peşəkar yox, həvəskar futbolçular kimi oynayırlar. Bizim futbol ancaq cərimə zərbələrindən və autdan ibarətdi. Hələlik, “Neftçi” normal görünür. Amma o da əsas rəqibləriylə üzləşməyib. “Xəzər Lənkəran” yenicə sürət yığmağa başlayıb. “Bakı” hələlik zəif təsir bağışlayır. Amma bir klubda bu qədər məşqçi, futbolçu dəyişəndə belə də olur.
 
- Belə çıxır ki, bizim çempionatda heç nə dəyişməyib?
- Gənc futbolçular meydanda qaçmırlar. Hələ də veteranlar oynayırlar. Mənə elə gəlir ki, bizim çempionatı artıq heç kim izləmir. Kim istəyir meydana daş atır, kim istəyir oyunu yarıda dayandırır. Başa düşürəm ki, AFFA prezidenti Rövnəq Abdullayev məşğul inşandı, o, bütün vaxtını futbola həsr edə bilmir. Amma onun yanında bütün bunlara cavabdeh olan insanlar var. Onlar nəsə etməlidilər. Adi vədləri artıq çox eşitmişik və onlara ehtiyacımız yoxdu. Yığmanın oyununu Lənkəranda keçirmək istəyirdilər. Lakin orda qazonu da normal vəziyyətdə saxlaya bilmirlər. Çempionat oyunlarına bilet satılmır. O zaman hansı inkişafdan danışırıq?

 
- “İnter” – “Bakı” matçına baxdınız?
- Çox təəssüf ki, oyun başa çatmadı. Amma mən qapıçını da günahlandıra bilmərəm. Dünyanın əksər qapıçıları topa belə çıxırlar və özlərini sığortalayırlar. Lomaya sadəcə topa çıxmışdı və başqa yolu da yox idi. “Bakı”nın oyunçusu isə gəncdi və heç özü də bilmirdi ki, hara uzansın. O, özü rəqibin ayağı altına girdi. Orda penalti yox idi. Bu, hakimin ən böyük səhvi idi.

- Bəs “bankirlər”in oyundan imtinasını necə qiymətləndirirsiz?
- “İnter” düzgün qərar qəbul etmədi. Hakim səhv edə bilərdi. Amma komanda hər halda oyunu sona çatdırmalıydı. Meydanı tərk etmək lazım deyildi. Məni Lomayanın hərəkəti də məyus etdi. Onun hərəkəti azarkeşlərə qarşı təhqir idi. Klub onu mütləq cəzalandırmalıdı. Belə jestləri etmək lazım deyildi. Özü də matç canlı yayımlanırdı.
 
- Vaqif Cavadovun “Volqa”dakı çıxışını izləyirsiz?
- O, təzəcə yeni bir çempionatda çıxış etməyə başlayıb. Özünü göstərməyə çalışır. Gəlin hələ onu sıxmayaq. Nə vaxt öz yaxşı formasını yığar, onda danışarıq.
 
- Aleksandr Səmədovla Emin Mahmudovun Azərbaycan yığmasına dəvət almasını necə qiymətləndirirsiz?
- Onlar Azərbaycan yığmasına lazımdılar. Hər iki oyunçu millimizdə çıxış etməyə razı olsaydı, pis olmazdı. Amma bütün problemlərimiz onlarla həll olunmayacaq. İki futbolçu ilə yığmamızın simasını dəyişmək mümkünsüzdü. Daha 5-6 belə səviyyəli oyunçu lazımdı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.