25 avqust 2011 02:00
Fenerbahçe TFF-dən qisas almağa başladı
Türkiyənin "Fenerbahçe" klubu UEFA Çempionlar Liqasından kənarlaşdırıldıqdan sonra bir sıra radikal qərarlar qəbul etməyə başlayıb. Azerisport.az xəbər verir ki, İstanbul klbunun qadın voleybol komandası Acıbadem Sağlıq Qrupu ilə yollarını ayırıb.
Bu barədə klubun rəsmi saytı xəbər yayıb: "Fenerbahçe" İdman Klubu olaraq qadın voleybol komandamızın sponsoru Acıbadem Sağlıq Qrupu ilə yeni mövsüm üçün sponsorluq anlaşmasının yenilənməməsi qərarı rəhbərliyimiz tərəfindən alınıb".
Qeyd edək ki, Acıbadem Sağlıq Qrupuna "Fenerbahçe"ni Çempionlar Liqasından kənarlaşdıran TFF-nin prezidenti Mehmet Ali Aydınlar başçılıq edir.
Lakin bu, "Fenerbahçe"nin yeganə “qisası” deyil. Belə ki, klub rəhbərliyi məlum qərardan sonra sərt açıqlama ilə çıxış edib. Bu açıqlamda həmçinin "Fenerbahçe"nin SuperLiqaya qatılmayacağına da işarə vurulub: "Bu gün birlikdə türk futbolunu daha yaxşı bir nöqtəyə daşıma və beynəlxalq aləmdə haqqlarımızı qorumaq adına addımlar atmaq günüdü. Bu düşüncədə olmmayan və yalnız bu gününü qurtarmağa çalışanlar sabah batacaq futbol gəmisində boğulanlardan olacaqlarını unutmamalıdılar. Federasiyanın bu qərarından sonra klubumuz sabah (bu gün) keçiriləcək Superliqanın püşkatma mərasiminə öz nümayəndəsini göndərməyəcək".
