25 avqust 2011 02:18

XL-ın Lənkəranı tərk etməsinin əsl səbəbi bəlli oldu

“Xəzər Lənkəran”ın baza-otelində yanğın baş verməsi barədə məlumat vermişdik. Azerisport.az xəbər verir ki, artıq hadisə ilə bağlı daha ətraflı məlumatlar əldə etmək mümkün olub.
 
Məlum olub ki, yanğın hadisəsi elə də böyük olmayıb və yalnız elektrik naqillərinin qısa qapanması ilə müşaiyət olunub. Məhz bu səbəbdən otelin yuxarı mərtəblərində elektrik naqillərinin izolyasiya qabığının yanmış iyi binanın koridoruna yayılıb. Yanğının mənbəyi dərhal tapılaraq söndürülüb. Artıq saat 18:30-da hadisənin yaratdığı bütün fəsadlar da aradan qaldırılıb. Elektirk naqilləri dəyişilib və yeni qoruyucular qoyulub.
 
Məsələ ilə bağlı stadionun direktoru Höccət Hacıyev də ətraflı bilgi verib: “Düzü elə böyük bir hadisə baş verməyib. Elektrikdə qısa qapanma olub. Amma əməkdaşlarımız çevik tərpənərək vaxtında elektrik xəttini kəsmişdilər, naqillərin iyi binada müəyyən qədər qalmışdı ki, artıq o da yoxdur. Binaya zərər dəyməyib. Hazırda baza-oteldə heç bir problem yoxdu. Bir neçə saata hər  şey qaydasına qoyuldu”.
 
Komandanın məhz bu hadisə ilə əlaqədar Lənkəranı tərk etməsi haqda xəbərlərə isə Höccət bəy belə münasibət bildirib: “Komanda Lənkəranda hazırlaşırdı. Lakin güclü yağışdan sonra yardımçı meydançada da hazırlığı davam etdirmək mənasız olduğundan süni örtükdə məşq etmək məqsədəuyğun sayıldı. Axı komandanın növbəti oyunu süni örtüklü “Dalğa Arena”da baş tutacaq. Ona görə də komanda paytaxta yola salındı”.
 
Qeyd edək ki, Premyer Liqanın 4-cü turu çərçivəsində paytaxtın “Dalğa Arena” stadionunda “Rəvan”la qarşılaşacaq “Xəzər Lənkəran” bu gündən başlayaraq hazırlığını Bakıda davam edəcək. Paytaxtın “Gəncəli Plaza” otelində məskunlaşan komandanın məşqçilər korpusu futbolçularla birgə bu gün saat 17:00-da “Rəvan”ın son oyunlarını izləyərək, rəqibi analiz edəcəklər. Saat 19:00-da isə “Xəzər Lənkəran” “Neftçi”nin keçmiş bazasının süni örtüklü meydançasında axşam məşqinə çıxacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.