25 avqust 2011 14:35
Qazaxıstanın aparıcı oyunçusu Bakıya gələsi olmadı
Qazaxıstan yığmasının ən aparıcı simalarından olan Samat Smakov Bakıya gələsi olmayacaq. Azerisport.az xəbər verir ki, buna onun milli komandadakı karyerasını başa vurması səbəb olub.
Bu haqda Smakov özü açıqlama verib. Lakin o, Qazaxıstan yığmasının qarşıdakı Türkiyə və Azərbaycanla AÇ-2012-nin seçmə mərhələ oyunlarında komandasından uğur gözlədiyini bildirib:
“Bu oyunları mütləq izləyəcəm. Hazırda yığmamıza ölkənin ən güclü futbolçuları cəmləşib. Əminəm ki, onlar layiqli oyun sərgiləmək üçün əllərindən gələni edib, uğur qazanacaqlar”.
“Bu oyunları mütləq izləyəcəm. Hazırda yığmamıza ölkənin ən güclü futbolçuları cəmləşib. Əminəm ki, onlar layiqli oyun sərgiləmək üçün əllərindən gələni edib, uğur qazanacaqlar”.
Qeyd edək ki, Azərbaycan – Qazaxıstan oyunu sentyabrın 6-da Bakıda keçiriləcək.
