25 avqust 2011 14:43
Rıdvan Dilməndən şok qərar
Türkiyənin məşhur futbol şərhçisi Rıdvan Dilmən şok qərarı ilə diqqət mərkəzinə düşüb. Azerisport.az xəbər verir ki, o, "Fenerbahçe"nin Çempionlar Liqasından kənarlaşdırılmasından sonra şəhrçiliyə son verdiyini açıqlayıb:
"Bu dəqiqədən sonra şəhrçiliyə son qoyuram. Mən "Fenerbahçe"nin günahkar olub-olmaması haqda bir şey demirəm. Əgər "Beşiktaş" və "Trabzonspor"la bağlı da problem çıxarsa, UEFA Türkiyəyə cəza verməyəcək ki? Aydınlar Çempionlar Liqası bizim üçün çox önəmlidi deyir. Amma Türkiyə Superliqası da çox önəmlidi. UEFA-nın bu qərarına inanmıram. Bundan faydalanan 4-5 komanda var. Nəyə görə "Fenerbahçe"yə qarşı ayrı-seçkilik edirlər? Mən "Fenerbahçe"li olaraq bu komandanın Superliqada oynamasını istəmirəm".
Qeyd edək ki, Rıdvan Dilmən Türkiyənin NTV Spor kanalının əsas şərhçilərindəndi.
