25 avqust 2011 21:39

ÇL-in qrup mərhələsinin püşkü atıldı (YENİLƏNİB)

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsinin püşkü atılıb. Azerisport.az xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsində 32 komanda qüvvəsini sınayacaq. Onların arasında Azərbaycan futbolsevərlərinin də yaxından maraqlandığı bir Türkiyə klubu – turnirdən kənarlaşdırılan “Fenerbahçe”ni əvəzləmiş "Trabzonspor" da var.
 
ÇL-in 22 iştirakçısı birbaşa qrup mərhələsindən mübarizəyə başlayan komandalardı. Həmin kollektivlər bunlardı: “Real”, “Barcelona”, “Valencia” (hamısı İspaniya), “Manchester United”, “Chelsea”, “Manchester City” (hamısı İngiltərə), “Inter”, “Milan”, “Napoli” (hamısı İtaliya), “Borussia” (Dortmund), “Bayer” (hər ikisi Almaniya), CSKA (Moskva), “Zenit” (hər ikisi Rusiya), “Olympique” (Marsel), “Lille” (hər ikisi Fransa), “Porto” (Portuqaliya), “Şaxtyor” (Donetsk, Ukrayna), “Ajax” (Hollandiya), “Olympiakos” (Yunanıstan), “Basel” (İsveçrə), “Otelul” (Rumıniya), “Trabzonspor” (Türkiyə).
 
Qalan 10 klub isə təsnifat və pley-off mərhələlərini uğurla adlamağı bacaran 10 kollektivdi. Onların siyahısı isə aşağıdakı kimidi: “Bayern” (Almaniya), “Genk” (Belçika), “Dinamo” (Zaqreb, Xorvatiya), “Villarreal” (İspaniya), APOEL (Kipr), “Olympique” (Lion, Fransa), “Viktoria” (Çexiya), BATE (Belarus), “Arsenal” (İngiltərə) və “Benfica” (Portuqaliya).
 
Qeyd edək ki, UEFA Çempionlar Liqasının qrup mərhələsinin oyunlarına oktyabrın 13-14-də start veriləcək. Qrup oyunları bu il dekabrın 6-7-də başa çatacaq. Ən nüfuzlu klub turnirinin final matçı isə 2012-ci il mayın 19-da Almaniyanın Münhen şəhərindəki “Alyans Arena”da oynanılacaq.
 
Püşkatma ərəfəsində UEFA ÇL-in qrup mərhələsinin 32 iştirakçısını reytinqlərinə görə 4 səbətə ayırmışdı. Püşk zamanı bu kollektivlər hər səbətdən bir komanda olmaq şərtilə 8 qrupa bölünəcəkdi.
 
Səbətlərin tərkibi isə beləydi:
 
1-ci səbət: Barcelona, Manchester United, Chelsea, Bayern, Arsenal, Real, Porto, Inter.
 
2-ci səbət: Milan, Olympique (Lion), Şaxtyor, Villarreal, Valencia, Benfica, CSKA (Moskva), Olympique (Marsel).
 
3-cü səbət: Zenit, Ajax, Bayer, Olympiacos, Manchester City, Lille, Basel, BATE.
 
4-cü səbət: Borussia (Dortmund), Napoli, Dinamo (Zaqreb), APOEL, Trabzonspor, Genk, Viktoria, Oţelul.
 
Püşkatma nəticəsində iştirakçılar aşağıdakı qruplara bölünüblər:
 
A qrupu
Bayern
Villareal
Manchester City
Napoli
 
B qrupu
İnter
CSKA
Lille
Trabzonspor
 
C qrupu
Manchester United
Benfica
Basel
Otelul
 
D qrupu
Real
Olympique (Lion)
Ajax
Dinamo (Zaqreb)
 
E qrupu
Chelsea
Valencia
Bayer
Genk
 
F qrupu
Arsenal
Olympique (Marsel)
Olympiacos
Borussia
 
G qrupu
Porto
Şaxtyor
Zenit
APOEL
 
H qrupu
Barcelona
Milan
BATE
Viktoria

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.