25 avqust 2011 16:04
Qarabağ 4 oyunçusunu Ağdama apara bilmədi
“Qarabağ” Ağdama yollanıb. Azerisport.az xəbər verir ki, şənbə günü Qəbələnin eyniadlı kollektivini qəbul edəcək komanda səhər saat 11:00-da Quzanlı qəsəbəsinə yola düşüb.
Yola düşən futbolçular arasında Zaur Həşimov, Vüqar Nadirov, Emin İmaməliyev və Nderim Nedzipi yoxdu. Əvəzində çempionatın startını buraxan Rəşad Sadiqov və Maksim Medvedev komandayla birgə Ağdama yola düşüb.
Komanda bu axşam Olimpiya kompleksinin stadionunda “Qəbələ”ylə matçöncəsi sonuncu məşqinə çıxacaq.
Xatırladaq ki, “Qarabağ” – “Qəbələ” görüşü avqustun 27-də keçiriləcək və saat 17:30-da start götürəcək.
