25 avqust 2011 15:41
Lyubo Baranin: Qarabağla oyuna çox ciddi köklənmişik
“Qəbələ”nin müdafiəçisi Lyubo Baranin azerisport.az saytına müsahibəsində komandasının çıxışından, eləcə də “Qarabağ”la qarşıdan gələn oyundan danışıb.
- İlk üç turda “Qəbələ” 5 xal qazanıb. Belə startdan razısız?
- Pis deyil, amma daha yaxşı ola bilərdi. Hər halda ötən mövsümlə müqayisədə daha yaxşı göstəricidi. O vaxt 5 turdan sonra cəmi 1 xal qazanmışdıq. İnkişaf üzdədi. Əgər AZAL-la oyunda azlıqda qalmasaydıq, biz onları 100 faiz udardıq və xalımız da çox olardı. AZAL-a hörmət edirəm, amma fikrimcə, biz onlardan güclüyük.

- Həmin oyundakı qalmaqal komandaya necə təsir etdi?
- Hər halda asan olmadı. Mahir Şükürovun yoxluğu işimizi çox çətinləşdirdi. İndi hər şeyi unutmağa çalışırıq. Növbəti oyuna hazırlaşırıq. Eyni səhvləri təkrarlamamağa çalışırıq.

- Oyunçuları daşa basan azarkeşlərə nə demək istərdiniz?
- Əlbəttə, belə şeylərə yol vermək olmaz. Baxmayaraq ki, belə şeylər təkcə Azərbaycanda olmur. Digər ölkə çempionatlarında da bu və buna oxşar qalmaqallar olur. Bizim azarkeşlər sadəcə AZAL futbolçularının təxribatına uydular.

- Şükürovun 4 oyunluq diskvalifikasiya olunmasını necə qarşıladınız?
- Hesab edirəm ki, çox sərt qərardı. Mahir yığmanın oyunçusudu. Həm də aşkar görünürdü ki, Zohair təmiz simulyasiyaya əl atır. Elə bil onu həmin anda öldürürdülər. 4 oyun həddən artıq çoxdu. Ötən mövsümün üçüncü turunda məni də 3 oyunluq cəzalandırmışdılar.

- Mahirin yoxluğu komandanın oyununa nə dərəcədə təsir göstərəcək?
- Mahir yaxşı oyunçudu. Təbii ki, onsuz çətin olacaq. Amma bizim başqa yaxşı futbolçularımız da var. Arif İsayevlə Rövşən Əmiraslanov onu əvəzləyə bilər.

- Bu həftə “Qarabağ”la oynayacaqsız, özü də Quzanlıda...
- Çox çətin oyun olacaq. “Qarabağ” ciddi rəqibdi. Hətta heç-heçə də bizim üçün yaxşı nəticə sayıla bilər. Amma ilk növbədə qələbə haqda düşünürük.
- Ağdamlıların heyətində ciddi itkilər olmasına rəğmən, siz yenə ehtiyatlı danışırsız?
- İlk turlar göstərdi ki, onlar zədəliləri ola-ola da xal toplaya bilirlər. Əlbəttə, onların aparıcı oyunçularının yoxluğu bizim üçün yaxşıdı. Amma onlar üçün də Mahirin yoxluğu üstünlükdü. Biz bu görüşə çox ciddi köklənmişik. Bu komandaya qarşı az oyun keçirməmişəm. Bilirəm ki, necə çətin olacaq. Özü də Quzanlıda. Sonuncu dəfə onlara 3 cavabsız qolla uduzmağımız da hər şeyi təsdiqləyir.