25 avqust 2011 16:21
Şükürov: Foqts da dedi ki, 4 oyunluq cəza həddən artıq çoxdu
“Qəbələ”nin müdafiəçisi Mahir Şükürov AFFA İntizam Komitəsinin onun haqda çıxardığı qərarı şərh edib. Millimizin üzvü azerisport.az saytına müsahibəsində 4 oyunluq diskvalifikasiyası ilə bağlı bunları dilə gətirib:
“Yığmanın toplanışı vaxtı baş məşqçi Berti Foqts da mənə dedi ki, 4 oyunluq cəza həddən artıq çoxdu. Özü də bildirdi ki, “İnter”in qapıçısı Georgi Lomayanın cəzası daha çox olmalıydı, nəinki mənim. Mən həqiqətən pis heç nə etməmişdim. Mən belə sərt cəzaya layiq olduğumu düşünmürəm. Ümid edirdim ki, Azərbaycan yığmasının üzvü olmağımı nəzərə alarlar. Amma özümə qarşı belə münasibətdən sonra məyus oldum”.