25 avqust 2011 16:34
Mahir Şükürov yenidən Rusiyaya qayıdır
Azərbaycan yığmasının və “Qəbələ”nin müdafiəçisi Mahir Şükürov yenidən legioner həyatı yaşamağa hazırlaşır. Bu barədə millimizin üzvü azerisport.az saytına müsahibəsində məlumat verib.
Şükürov ölkə futbolunda baş verən son olaylardan bezdiyini və elə bu səbəbdən də ölkə xaricinə yollanmaq istədiyini bildirib: “Bu yaxınlarda Rusiya Premyer Liqasından yeni təklif aldım. AZAL-la oyundan sonra onlarla danışığımız oldu. Ancaq həmin klubda maliyyə problemi olduğu üçün təklifi qəbul etmədim. Lakin çox güman ki, bu ilin sonunda “Qəbələ”dən ayrıldım”.
Qeyd edək ki, Mahir “Qəbələ”yə ötən mövsümün sonunda Rusiyanın “Anji” klubundan keçib.
