25 avqust 2011 16:50
Sumqayıt Şəhər Qaradağı məğlub etdi
Yeni mövsümün hazırlıqlarını davam etdirən “Sumqayıt Şəhər” klubunun 17 yaşadək futbolçulardan ibarət komandası yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, Qaradağ Olimpiya İdman Kompleksinin stadionunda keçirilən oyunda Sumqayıt təmsilçisinin rəqibi “Qaradağ”ın U-17 komandası olub.
Bu görüşdə sumqayıtlılar 3:2 hesabı ilə qələbə qazanıblar. “Sumqayıt Şəhər”dən qolları Şəmsi Əlisoylu, Mahmud Mustafayev və Elçin Əbilov vurub.
