25 avqust 2011 11:19
Cahangir Həsənzadə: Neftçiyə qalib gəlmək üçün əlimizdən gələni etməliyik
AZAL-ın qapıçısı Cahangir Həsənzadə azerisport.az saytına müsahibəsində “Qəbələ” ilə son oyundan, eləcə də qarşıdan gələn “Neftçi” ilə paytaxt duelindən danışıb.
- “Qəbələ” ilə oyununuzda Zohair Benuahinin simulyasiya etdiyini düşünmürsüz? Hər halda Mahir Şükürovun zərbəsi o dərəcədə güclü deyildi...
- Həmin epizodda məni vurmamışdılar. Ona görə də zərbənin nə dərəcədə güclü olduğunu deyə bilmərəm. Hər halda rəqib futbolçu elə hərəkətə yol verməməliydi.
- Həmin epizodda məni vurmamışdılar. Ona görə də zərbənin nə dərəcədə güclü olduğunu deyə bilmərəm. Hər halda rəqib futbolçu elə hərəkətə yol verməməliydi.
- Həmin oyunda azarkeşlər meydana daş atsalar da, futbolçular heç nə olmamış kimi oyunu davam etdirirdilər...
- Əlbəttə, heç kim ölmədi. Amma daşlardan bir neçəsi bizim futbolçulara dəydi. Onların oyunu davam etdirməsinə gəlincə, bu, sadəcə qəhrəmanlıqdı. Halbuki, onlar oynamaqdan imtina da edə bilərdilər.
- Bilmək istərdik ki, meydana daş atılarkən, futbolçular psixoloji cəhətdən nə hiss edirlər?
- İstər-istəməz konsentrasiyanı itirirsən. Ondan sonra futbol oynamaq çətindi. Futbolçulara hörmət etmək lazımdı. Mənə daş dəymədi. Amma belə şeydən sonra qorxmağa başlayırsan ki, yenə atarlar.
- Həmin oyunla bağlı maraqlı məqamlar çoxdu. Niyə AZAL rəqib azlıqda qalandan sonra da müdafiə futbolu oynamağa davam edirdi?
- Oyuna kimi bizi heç-heçə tamamilə qane edirdi. Amma hadisələr elə alındı ki, qələbə də qazana bilərdik. Sadəcə, öz oyunumuzu tapa bilmədik. Yəqin ki, kadr problemi sözünü deyir. İstənilən halda hesab edirəm ki, biz orda iki xal itirdik.

- Qarşıda sizi “Neftçi” ilə oyun gözləyir...
- Biz oyuna çox ciddi hazırlaşırdıq. Rəqib bizi öz meydanında qəbul edəcək. Çempion komanda üzərində mümkün qələbə bizim üçün psixoloji cəhətdən çox böyük fayda gətirə bilər.
- Amma son çempion formada görünür. Hər halda “Sumqayıt Şəhər” üzərindəki qələbəsi də (4:0) bundan xəbər verir.
- Baş məşqçi necə desə, elə də oynayacağıq. Rəqibimizə hörmətlə yanaşırıq. Onlarla oynamaq həmişə xoşdu. Amma “Neftçi”yə qalib gəlmək üçün əlimizdən gələni etməliyik. Axı bu görüş bizim üçün çox vacibdi.
- Düşünmürsüz ki, bu mövsüm AZAL-ın müdafiə ilə bağlı problemləri var?
- Əgər müdafiədən narazılıq varsa, deməli, məndən də narazılıq var. Mən qapıçı kimi müdafiənin bir hissəsi hesab olunuram. Amma müdafiə xəttimizin oyununu müzakirə etmək mənim səlahiyyətlərimə daxil deyil.

- Bütövlükdə, startı necə qiymətləndirərdiz? 3 oyuna 4 xal...
- İstədiyimiz kimi yaxşı deyil. Amma qənaətbəxş saymaq olar. “Simurq”la yanaşı “Xəzər Lənkəran” və “Simurq”la qarşılaşmışıq. İndi də “Neftçi”ylə oynamalıyıq. Gördüyünüz kimi, əksəri favoritlərdi. Nə vaxt bu çətin zolaqdan çıxsaq, onda baxarıq. Ondan sonra asan olacaq.