25 avqust 2011 11:42
Fenerbahçeyə daha bir zərbə: Aykut Kocaman istefa verdi
Türkiyənin “Fenerbahçe” klubunun baş məşqçisi Aykut Kocaman istefa verib. Azerisport.az xəbər verir ki, təcrübəli mütəxəssis komandasının UEFA Çempionlar Liqasına buraxılmamasından sonra vəzifəsindən istefa verib.
Xatırladaq ki, TFF danışılmış oyunlarla əlaqədar olaraq "Fenerbahçe"nın ÇL-in qrup mərhələsinə buraxılmaması haqqında qərar qəbul edib. Nəticədə UEFA bu komandanı “Trabzonspor”la əvəzləyib.
Lakin son xəbərlərə görə, hələlik Kocamanın istefası rəhbərlik tərəfindən qəbul olunmayıb. Klub başbilənlərinin onun qərarına sonra baxacağı bildirilir.
