25 avqust 2011 11:50
Səmədov: Rusiya millisinə dəvət almadığıma görə məyus deyiləm
Moskva “Dinamo”sunun yarımmüdafiəçisi Aleksandr Səmədov Rusiya yığmasından dəvət ala bilməməsinə münasibətini açıqlayıb. Azerisport.az xəbər verir ki, əslən azərbaycanlı olan futbolçu buna görə heç də ciddi məyusluq keçirmədiyini bildirib.
“Bu, Dik Advokatın mövqeyidi. O, həmişəki və eyni heyəti çağırmağa üstünlük verir. Əgər kimsə düşünür ki, mən yığmaya dəvət olunmadığıma görə güclü məyusluq keçirirəm, çox böyük səhv edir. Əlbəttə, inanıram ki, Avropa çempionatının final mərhələsində çıxış edə biləcəm”.
