25 avqust 2011 12:03
Karvan Şəmkirə 5 qol vurdu
Futbol üzrə Azərbaycan birinci divizionunda mübarizə aparacaq Yevlaxın "Karvan" klubu yeni mövsüm hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, komanda yoxlama oyununda qüvvəsini sınayıb.
"Şəmkir" klubu ilə qarşılaşan Yevlax təmsilçisi rəqibini 5:2 hesabı ilə məğlub edib. "Karvan"ın heyətində Ruslan Hüseynov (2), Elçin Həşimov, Bəxtiyar Seyfullayev və Anar Həsənov fərqləniblər. (PFL)
