25 avqust 2011 12:20
Kejman Azərbaycan klubunda?
Türkiyənin “Fenerbahçe” klubundan tanıdığımız serbiyalı hücumçu Matey Kejman Azərbaycan klublarından təklif alıb. Azerisport.az xəbər verir ki, belə bir iddianı Serbiya və Türkiyə mətbuatı ortaya atıb.
Son olaraq Çinin Honq Konq şəhərini təsmil edən “South China” klubunun şərəfini qoruyan futbolçunun Türkiyə və Azərbaycan klublarının hədəfində olduğu bildirilir. Serb forvard isə vaxtilə çıxış etdiyi Türkiyəyə dönməkdə daha maraqlıdı.
Lakin təəssüf ki, Kejmanla maraqlanan klubların konkret adları açıqlanmır. Sadəcə, Türkiyə Superliqasının 2, Azərbaycanın isə 1 klubunun ona dəvət göndərdiyi xəbər verilir. Hazırda azad agent statusuna malik olan qolçunun Rusiya klublarından da birinə keçidi mümkündü.
