25 avqust 2011 00:38

Növbəti ŞOK: UEFA Feneri Trabzonsporla əvəzlədi

Türkiyənin “Fenerbahçe” klubunu UEFA Çempionlar Liqasında hansı klubun əvəzləyəcəyi müəyyənləşib. Azerisport.az xəbər verir ki, qitə futbol qurumu da artıq “Fenerbahçe”nin ən nüfuzlu klub turnirindən kənarlaşdırıldığını təsdiqləyib.
 
Bu komandanın əvəzində Türkiyəni ÇL-də “Trabzonspor” əvəzləyəcək. Hansı ki, son mövsümdə “Fenerbahçe” ilə eyni xal qazansa da, çempionluq “sarı-lacıvərdlilər”ə nəsib olmuşdu.
 
Xatırladaq ki, “Trabzonspor” da ÇL-də mübarizə aparırdı. Lakin pley-off mərhələsindən mübarizəyə başlayan bu komanda elə ilk cəhdindəcə Portuqaliyanın “Benfica” klubuna uduzmuşdu. Bu üzdən də trabzonlular UEFA Avropa Liqasının pley-off mərhələsində mübarizə aparmaq məcburiyyətində qalmışdı. Türkiyə təmsilçisinin rəqibi isə İspaniya “Athletic”i idi. Maraqlıdı ki, bu komandalar ötən həftə artıq ilk oyunlarına da çıxmışdılar. Lakin İspaniyada baş tutan görüşdə hesab açılmamışdı – 0:0.
 
Amma UEFA “Trabzonspor”u birbaşa ÇL-in qrup mərhələsində “daşıması” nəticəsində “Athletic”lə oyunlar da ləğv olunub. İndi də Trabzon klubunu həmin turnidə hansı klubun əvəzləyəcəyi açıq qalır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.