25 avqust 2011 13:01
Qurban Qurbanovun Dortmund səfərinin dəqiq vaxtı bəlli oldu
Xəbər verdiyimiz kimi, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Almaniyaya yollanacaq. Azerisport.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı Dortmund “Borussia”sında təcrübə mübadiləsindən yararlanacaq.
Sentyabrın 4-11 arasında baş tutacaq səfər zamanı baş məşqçi sonuncu Almaniya çempionunun məşqlərini izləyəcək, infrastrukturuyla tanış olacaq. Qurban bəyin eyni zamanda “Borussia”nın çalışdırıcısı Yurgen Kloppla görüşü də nəzərdə tutulub. Sentyabrın 11-də geri dönəcək çalışdırıcının “Sumqayıt Şəhər”lə Premyer Liqada baş tutacaq oyuna yetişəcəyi gözlənilir.
Xatırladaq ki, Qurbanovun ilk belə səfəri deyil. O, 2010-cu ilin yanvar ayında “Galatasaray”ın düşərgəsinə yollanmış və “sarı-qırmızılar”ın o vaxtki baş məşqçisi Frank Raykardla görüşmüşdü.
