26 avqust 2011 13:01

Leekens: Bakıda bizi nə gözlədiyini bilirəm

AÇ-2012-nin seçmə mərhələsində yığmamızın rəqibi olan Belçika seçməsinin baş məşqçisi Jorj Leekens Azərbaycanla oyun üçün Bakıya yollanmazdan öncə bu gün ölkəsində mətbuat konfransı keçirib. Azerisport.az həmin mətbuat konfransından hazırlanan reportajı təqdim edir.

“Mən həmişə oyunlardan öncə yetirmələrimə deyirəm ki, növbəti qarşılaşma çox vacibdi. Buna görə də həmin oyunda mütləq qələbə qazanmalıyıq” – deyə, Leekens sözə başlayıb.
 
“Gələn həftə hamımızı səfərdə Azərbaycanla həqiqətən çox vacib oyun gözləyir. Mən artıq təxmini də olsa, orda bizi nə gözlədiyini bilirəm. Bu, yerli publikanın komandalarına verəcəyi dəstək və heç də yaxşı vəziyyətdə olmayan qazondu. Lakin biz özümüzü təmizə çıxaracaq nəsə axtarmamalıyıq. Əksinə, biz azərbaycanlıları məğlub etməliyik. Bunu da etməyə çalışacağıq”.
 
Leekensin fikrincə, Azərbaycana məğlubiyyət onların qrupdan çıxmaq şanslarına böyük zərbə vurmuş olacaq: “Hazırda bizim qrupdan çıxmaq şanslarımız 5-30 faizdi. Amma bu göstəcini yüksəltməliyik. Azərbaycana məğlubiyyət yalnız rüsvayçı bir nəticə olmayacaq, həm də bizim şanslarımızı heçə endirəcək”.
 
Öz yetirmələrinə gəlincə, baş məşqçi gənclərdən qurulan komandasının möhtəşəm potensiala malik olduğunu bildirib: “Komandamız boy atmağa davam edir. Komandamızın oyunçuları Avropanın müxtəlif çempionatlarında, güclü klublarında çıxış edirlər. Seçmə mərhələ oyunları da göstərir ki, biz inkişaf edirik”.
 
O, Bakıda qazanılacaq qələbənin faydasından da danışıb: “Bakıda azərbaycanlılar üzərində qazanılacaq qələbə bizə ABŞ-la sentyabrın 6-da keçiriləcək oyuna daha yaxşı hazırlaşmağa da imkan verəcək. Əgər qələbə qazansaq, amerikalılarla oyuna sakit hazırlaşa bilərik. Daha sonra isə Türkiyə və Avstriya ilə oyunlarda uğurlu nəticəyə ümid etməli olacağıq”.
 
Qeyd edək ki, Azərbaycan – Belçika oyunu sentyabrın 2-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.