26 avqust 2011 13:43
Alaba: Azərbaycanı məğlub etməyə borcluyuq
AÇ-2012-nin seçmə mərhələsində millimizin rəqiblərindən olan futbol üzrə Avstriya yığmasının yarımmüdafiəçisi David Alaba komandasının qarşıdakı oyunları ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, açıqlamasında Azərbaycanla görüşə də toxunub:
“Biz Türkiyə, Qazaxıstan və Azərbaycan ilə oyunlarda qələbə qazanmağa borcluyuq. Qrupdan çıxmaq şanslarımızı yaxşılaşdırmaq istəyiriksə, başqa yolumuz yoxdu. Bizim komanda çox gəncdi, uğura ac futbolçulardan qurulub. Təəssüf ki, son oyunlarda müxtəlif problemlərlə üzləşirdik. Amma ümid edirəm ki, qarşıdan gələn oyunlara tam köklənə biləcəyik və əvvəlki səhvlərimiz təkrarlanmayacaq”.