26 avqust 2011 01:12
“Bakıda da qələbə qazanmaq istəyirik”
Qazaxıstan yığmasındakı çıxışını bu günlərdə dayandıran Samat Smakov bu qərarından öncə azerisport.az saytına müsahibəsində AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində Bakıda keçiriləcək Azərbaycanla oyunlarından danışmışdı. Həmin müsahibəni təqdim edirik:
- Qazaxıstan yığmasının qarşısına Azərbaycanla cavab oyununda hansı vəzifə qoyulub?
- Hələ ki, bu barədə düşünmürük. Bizim üçün hazırda daha vacib olan Türkiyə ilə oyundu. Qazaxıstanın əsas məqsədi isə mümkün qədər çox xal toplamaqdı. Biz Bakıda da qələbə qazanmaq istəyirik. Çünki xal ehtiyacımızı yaxşılaşdırmaq lazımdı. Əgər qələbə barədə düşünmürsənsə, oynamağa gərək yoxdu. Odu ki, Bakıya qələbə dalınca yollanacağıq.

- Türkiyə ilə oyundakı əsas məqsədiniz nədi?
- Türkiyə çox güclü komandaya malikdi. Yığmamızın toplanışı hələ başlamayıb. Amma avqustun 26-dan hazırlıqlar başlayacaq. Öncə Türkiyə, daha sonra isə Azərbaycanla oyuna hazırlaşacağıq. Təbii ki, Azərbaycanla oyuna yaxşı əhval-ruhiyyədə çıxmaq istərdik.
- Sizdən öncə, yəni sentyabrın 2-də Azərbaycan Belçika ilə oynayacaq. Sizcə, yığmamızın həmin oyunda qələbə qazanmaq şansı var?
- İstənilən halda Azərbaycan bu oyunda heç-heçəyə oynayacaq. Hesab edirəm ki, bu nəticə kifayət qədər realdı. Amma komandanız qələbəyə də oynaya bilər. Buna şübhə etmirəm. Bilirsiz, evdə oynayan Azərbaycan yığması ilə səfərdə oynayan milli fərqli komandalardı. Futbolçularınız doğma meydanda kifayət qədər yaxşı oyun göstərirlər.

- Astanadakı oyunda yığmamızı 2:1 məğlub etməyiniz hələ də yaddan çıxmayıb...
- İstənilən komanda qələbə qazanmaq istəyir. Biz əlimizdən gələni etdik ki, azarkeşlərimizi uzun fasilədən sonra qələbə ilə sevindirək. Həmin oyun maraqlı alındı. Azərbaycan qələbə üçün gəlmişdi. Elə ilk yarıda futbolçularınızın qol vurmaq üçün yaxşı şansları var idi. Onları vursaydılar, hər şey tam fərqli də ola bilərdi. Amma sonda şanslarından yararlanan tərəf biz olduq. Qələbəni də həmişə qol vuran tərəf qazanır.
- Sizcə, Azərbaycanın məğlubiyyətinə nə səbəb oldu?
- Mənə elə gəlir ki, azərbaycanlı futbolçular sadəcə “Astana Arena”nın süni örtüklü meydançasında öz oyunlarını göstərə bilmədilər. Sanki ilk dəfəydi süni örtüklü meydançaya çıxmışdılar. Futbolçularınız həmişə fərdi keyfiyyətləri ilə fərqləniblər. Məsələn, Vüqar Nadirov bizim müdafiəçiləri təkbətək mübarizələrdə tez-tez aldadırdı, elə qol epizodunda da. Azərbaycan yığmasının heyətində yaxşı futbolçular var.

- Həmin oyunda komandamızın ən yaxşı kimi hesab edirsiz?
- Qolun müəllifi Nadirovu. Vaqif Cavadov da yaxşı təsir bağışlayırdı. Yaxınlarda eşitdim ki, o, artıq Rusiya çempionatında, “Volqa”da çıxış edir.