26 avqust 2011 01:36
Cavadov: Milli Belçika və Qazaxıstanla oyunlarda uğur qazanmağa borcludu
Azərbaycanın veteran futbolçusu İsgəndər Cavadov milli komandamızın qarşıdan gələn Belçika və Qazaxıstanla oyunları öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
“Mən hər iki oyundan ancaq qələbə gözləyirəm. Seçmə mərhələnin sonluğu bizim üçün çox vacibdi. Azərbaycan yığması Belçika və Qazaxıstanla oyunlarda uğurlu çıxış etməyə sadəcə borcludu. Çünki evdə oynayacağıq. Ancaq qələbəyə oynamaq lazımdı. Nəyə qadir olduğumuzu isə oyunun gedişi göstərəcək. Qazaxıstanla oyunda Astanadakı uğursuzluğu unutdurmaq lazımdı. Elə Belçika ilə də oynamaq olar”.

Qeyd edək ki, millimiz sentyabrın 2-də Bakıda Belçikanı, 4 gün sonra isə Qazaxıstanı qəbul edəcək.