26 avqust 2011 01:41
XL Neftçinin bazasında məşq etdi
“Xəzər Lənkəran” Premyer Liqanın 4-cüturu çərçivəsində səfərdə qarşılaşacağı “Rəvan”la oyunun hazırlıqlarını paytaxtda davam etdirir. Azerisport.az xəbər verir ki, komanda avqustun 25-də saat 19:00-da “Neftçi”nin keçmiş bazasının süni örtüklü meydançasında axşam məşqinə çıxıb.
Komanda hazırlıq prossesinə bu heyətlə çıxıb: Kamran Ağayev, Kamal Bayramov, Elnur Allahverdiyev, Elvin Beqiri, Katalin Doman, Eder Bonfim, Elnur Abdullayev, Branamir Subaşiç, Andrey Mureşan, Rahid Əmirquliyev, Opara Emeka, Adrian Pits, Alim Qurbanov, Eldar İsmayılov, Antonio Semedo, Şəhriyar Xəlilov, Dejan Rusiç, Roberto Qomeş, Mario Rosas, Zahid Quliyev, Habil Nurəhmədov.
Qeyd edək ki, Julius Vobay dünən əvəzedicilərin heyətində meydana çıxıb, Orxan Sadıxlı isə gənclərin qapısını qoruyub. Bi müddət əvvəl transferə çıxarılmış Dieqo Souza haqqında hələ ki, heç bir bilgi yoxdu.
Məşq zamanı futbolçular əvvəlcə fiziki hazırlıq üzrə məşqçi Ciovanni Melkiorrenin sərəncamında müxtəlif fiziki hərəkətləri yerinə yetiriblər. Daha sonra digər köməkçi məşqçi Mihay Teja iş başına keçib. Sonda isə baş məşqçi Mirça Rednik yetirmələrini diqqətlə izlədikdən sonra qarşıdakı oyun üçün heyəti müəyyənləşdirmək yönümündə komandanı müxtəlif taktiki düzülüşlərdə yoxlayıb.
